Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.

Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.

Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.

Eyni zamanda 2023–2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planı hazırlanacaq.

Check Also

Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda …