Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq-FOTO

Naxçıvan Muxtar Respublikasında dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata əsasən, uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …