Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nazir: “Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”

“Bu gün PUA-lardan danışanda hər kəsin ağlına Türkiyə gəlir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Musfata Varank Bursada İnegöl gənclik mərkəzinin açılışında çıxışı zamanı deyib.

O bildirib ki, AK parti (Ədalət və İnkişaf Partiyası) 21 ildir yeni layihələr üçün çalışır:

“Çünki bizim Rəcəb Tayyib Ərdoğan kimi liderimiz var. Bəzən gecə saat 2-də zəng edə, “filan işin axırı necə oldu?” deyə soruşa bilər. Biz xidmətlərimizi davam etdirmək istəyirik”.

M.Varank qeyd edib ki, bugünkü tədbirə yerli “Togg” avtomobili ilə gəlib:

“Halbuki müxalifət buna inanmırdı. Qarşımızda dünyadan xəbərsiz müxalifət var. Müxalifət bizim yerli istehsalımızın artmasından narahatdır. Bizim onlara sərf etməyə vaxtımız yoxdur. Onların dedikləri ilə oturub-dursaydıq bir çox layihələrimiz baş tutmazdı. Mayın 14-dən sonra da yolumuza qətiyyətlə davam edəcəyik. Amma bunun üçün doğru seçim etməliyik. Gəmimizi fırtınalı dənizdə qətiyyətlə davam etdirməliyik. Amma bunun üçün həm də parlamentdə üstünlüyü qorumalıyıq”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …