Bazar , 19 Yanvar 2025
Drone Cameras

Nazir müavini: “Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb”

“Kibertəhlükəsizliyin kritik əhəmiyyətini hamımız başa düşürük və bu səbəbdən kibertəhlükəsizlik sahəsində proaktiv yanaşmaya ehtiyac yaranıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib: “Bunu Azərbaycan və İsrail liderləri keçirdikləri görüşdə də bəyan ediblər. Bu gün Daxili İşlər Nazirliyinin tərkibində kibertəhlükəsziliklə bağlı yeni bölmənin olması da bunu bir daha sübut edir. Kibertəhlükəsizlik strateji planlaşdırmanın tərkib hissəsi olmalıdır. Bu baxımdan ilk Məzun Gününü keçirdiyimiz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əhəmiyyəti böyükdür. İsrailin “Technion” Universitetinin dəstəyi ilə yaradılmış bu mərkəzdə yaxın 3 ildə 1 000-ə yaxın mütəxəsis yetişdirməyi düşünürük. Mərkəzdə təhsil almaq üçün 2 300 şəxsdən müraciət daxil olmuşdu. Onların arasından 60 nəfər seçdik. Bunun isə 14-ü xanımdır və texnologiya sahəsində böyük bir uğurdur”.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …