Şənbə , 20 Aprel 2024
Drone Cameras

Nazir müavini: “Ukrayna ordusu döyüşə Almaniya ordusundan daha hazırlıqlıdır”

“Almaniya bu gün Ukraynaya silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Almaniyanın ölkəsinə hərbi sursat satışından imtina etməsinə münasibət bildirərkən deyib.

“Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya Ukraynaya silah və hərbi texnika sarıdan kömək etmək qərarına gələrsə, biz buna hazır olacağıq. Mövcud ehtiyacları bilirik, yeni müqavilələri harada imzalaya biləcəyimizi də bilirik. Söhbət heç də hansısa xeyriyyə tədbiri şəklində təmənnasız silah verməkdən getmir. Biz müqavilə imzalanmasını, lisenziya alınmasını nəzərdə tutan adi tərəfdaşlıqdan bəhs edirik”.

Müdafiə nazirinin müavini Ukrayna ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib:

“Bu gün Ukrayna ordusu döyüşə girməyə heç mübaliğəsiz Almaniya ordusundan daha çox hazırlıqlıdır. Almaniya Silahlı Qüvvələrinin mövcud vəziyyətinə yaxından bələdəm, odur ki, Almaniya kimi güclü tərəfdaşımızın da müdafiə qabiliyyətini yüksəltməsi üçün bizim də bölüşəcəyimiz məsələlər var”- deyə, nazir müavini əlavə edib.

Check Also

Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin …