Cümə , 1 May 2026
Drone Cameras

Neft Fondundan açıqlama: Azərbaycan qızıl ehtiyatını satmayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib.

ARDNF-dan Boyukmillet.com-a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

Check Also

Putin Trampa 9 May münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 1,5 saatdan çox davam edən növbəti telefon …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir