Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Nihat Zeybekçi: Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar.

N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: “Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük”.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir