Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

NİİM: “Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”

“Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətdində bildirilib.

“Dünəndən etibarən paytaxt ərazisində qarlı hava şəraiti hökm sürür və bu gün də gecə saatlarında yolların buz bağlaması ehtimal olunur. Bu səbəbdən yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Səfərə başlamadan öncə avtomobilin texniki sazlığını, şüşəsilənləri, təkərlərin vəziyyətini, işıq sistemini təhlükəsizlik üçün bir daha yoxlamalıdırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri ara məsafəsinə riayət etməyə, lüzumsuz manevrlər etməkdən çəkinməyə çağırır. Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir. Həmçinin bu cür hava şəraitində nəqliyyat vasitəsini idarə etmək təcrübəsi olmayan sürücülərə, xüsusilə də sutkanın qaranlıq vaxtında sükan arxasına keçməməyi tövsiyə edirik”, – müraciətdə vurğulanıb.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …