ABŞ Konqresi Nümayəndələr Palatası hökumətin şatdaundan yayınması məqsədi ilə səs verdiyi müvəqqəti büdcə layihəsində Ukrayna və İsrailə əlavə yardımlar nəzərdə tutulmayıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı CNN yayıb.
Spiker Mayk Consonun təqdim etdiyi qanun layihəsinin lehinə 336 nəfər (onlardan 209-u Demokrat partiyasının nümayəndələri), əleyhinə 95 nəfər (93 respublikaçı və 2 demokrat) səs verib.
Qeyd edək ki, iki mərhələdə həyata keçirilən büdcəyə əsasən hərbi tikinti, veteranların işləri, nəqliyyat, mənzil və Energetika Nazirliyi daxil olmaqla prioritet sahələr üçün maliyyələşmənin müddəti yanvarın 19-dək uzadılıb. Hökumətin digər qismi isə 2024-cü il fevralın 2-dək maliyyələşdiriləcək.
Hökumətin maliyyələşdirilməsi noyabrın 17-də başa çatır. Bu vaxta qədər yeni qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir.
Bildirilib ki, büdcə layihəsi Senatdan keçərsə ABŞ Prezidenti Cozef Bayden onu imzalamağa hazırdır.
Noyabrın 17-dək büdcə təsdiq olunmasa, ABŞ maliyyə çatışmazlığı səbəbindən dövlət qurumlarının qismən bağlanması ilə üzləşə bilər.