Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda fəaliyyət göstərən özəl televiziyalar dünya kanalları ilə rəqabətə girə bilmir”

“İstəyim odur ki, istənilən xarici vətəndaş Azərbaycanın televiziya kanalına baxarkən ilk olaraq azərbaycançılığı görüb hiss etsinlər. Bu faktor büdcədən maliyyələşən kanallarda özünü qoruyub saxlayır”.
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri qeyd edib ki, özəl kanallarda da müəyyən mənada buna çalışırlar: “Ancaq dünyada baş verən proseslər özəl kanallar üçün başqa şərait yaradır. Biz yenə də özəl kanallarla da bu istiqamətdə çalışırıq. Təbii ki, özəl kanallar üçün “səhv yoldadırlar” və “düzgün iş görmürlər”demək doğru deyil. Biz insanlara seçim hüququ vermişik. Onlar yerli 10 kanalla bərabər istənilən dünya kanallarına baxmaq imkanına malikdirlər”.
Azərbaycanda fəaliyyət göstərən özəl televiziyaların dünya kanalları ilə rəqabətə girə bilmədiyini deyən N.Məhərrəmli bildirib ki, bunun üçün müəyyən qədər vaxt lazımdır: “Azərbaycanın iqtisadi inkişafı artdıqca bu özünü özəl telekanallarda da göstərəcək. Bəzən reytinq ölçən agentliklərlə çalışırıq və narazılıqlarımızı bildiririk. Çünki intellektual verilişlərin reytinqdən tamamilə kənarda qaldığını görürük. Bu da bizi çox narahat edir. Biz bu baryeri aşmalıyıq”.
MTRŞ sədri əlavə edib ki, hazırda reytinq ölçən təşkilatın fəaliyyəti audit edilir: “Çünki hər zaman demişik ki, bu kimi təşkilatlar şəffaf olmalı və onun işi hər kəs tərəfindən hiss olunmalıdır. Təşkilat yalnız cəmiyyətin bir zümrəsinin baxışları əsasında formalaşmamalıdır. Bu, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir”.(report)

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir