Çərşənbə axşamı , 28 May 2024
Drone Cameras

Ərdoğan-Putin görüşü nə vəd edir? ŞƏRH

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşü çox mühüm hesab olunmalıdır. Çünki, ilk dəfə olaraq onların görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı rəsmi şəkildə açıqlanıb və təsdiqlənib”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, görüş bir neçə aspektdən dəyərləndirilə bilər: “Ankaranın Dağlıq Qarabağ münaqişəsindəki rolunun Rusiya tərəfindən qəbul edilməsi mühüm mesajdır. Görüşün Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılış mərasimi, eləcə də Tehranda baş tutan üçtərəfli zirvə görüşündən sonra baş tutması mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən üçtərəfli formatlar kifayət qədər əhəmiyyətli olmaqla yanaşı, artıq özünü doğruldub. Son günlərdə baş verən mühüm hadisələrdən sonra Türkiyə və Rusiya prezidentlərinin Moskvada bir araya gəlməsi önəmli amil kimi dəyərləndirilməlidir”.

E.Mirzəbəyli noyabrın 13-də baş tutacaq görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə birmənalı şəkildə ciddi təkan verəcəyini doğru hesab etmir: “Şübhəsiz ki, regional əməkdaşlıq formaları, region dövlətlərinin təhlükəsizliyə və sabitliyə önəm verməsini bir daha önə çıxarır. Dağlıq Qarabağ münaqişəsi də regionda sabitliyə problem yaradan ciddi faktordur. Düşünürəm ki, bu faktorun sıradan çıxarılması üçün müəyyən fikirlər irəli sürülə, müzakirələr aparıla bilər. Hər halda, prosesin yerindən tərpədilməsi və aktivləşdirilməsi üçün bu görüş müəyyən qədər rol oynaya bilər. Amma indiki halda, münaqişənin tam həll versiyasının ortaya çıxacağı gözlənilən deyil”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.(sia.az)

 

boyukmillet.com

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir