Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3 840 ədəd “SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.
DGK açıqlayıb ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir.
Faktla bağlı araşdırma aparılır.
boyukmillet.com