Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Nuşirəvan Məhərrəmli: “TRT 1-lə bağlı məsələ həllini tapacaq”

“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ həllini tapacaq”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: “Sadəcə TRT 1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı, şərtlər yerinə yetirilməlidir. Teleradio İstehsalat Birliyi bu haqda TİKA-ya əvvəlcədən məlumat vermişdi. Əgər müqavilə bağlanmasa, onların razılığı olmadan biz onların yayımını necə həyata keçirə bilərik?!”

Qeyd edək, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə noyabrın 1-dən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir