Çərşənbə axşamı , 10 Sentyabr 2024
Drone Cameras

Ölkədə kifayət qədər oturuşmuş, ciddi siyasi hakimiyyət mövcuddur

HÜQUQ EKSPERTİ İSMAYIL ZALOV-un mətbuata açıqlaması

“Bu günlərdə cəmiyyətin gündəmini zəbt edən aclıq aksiyaları və bu üsullarla qərbin diqqətini Azərbaycan hakimiyyətinə qarşı təzyiqə yönləndirilməsi, xam- xəyallara düşüb, xülyalar qurmaqdır.
Ölkədə kifayət qədər oturuşmuş, ciddi siyasi hakimiyyət mövcuddur. Həm qərb, həmdə şərq dövlətləri ilə normal diplomatik əlaqələrə qurulmuşdur.

Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin daxili işlərinə qarışmır. Bu prinsipi də özünə qarşı olan münasibətdə  hörmət göstərilməsini bütün dövlətlərdən tələb edir.

Bəzi qüvvələr aclıq aksiyası vasitəsi ilə hakimiyyətin siyasətinə təzyiq edib, ondan nə isə tələb etməsi, dövləti şantaj etməkdir. Azərbaycan hüquqi dövlətdir. Respublika idarə üsuluna və konstitusiya quruluşuna malikdir.

Hər bir vətəndaşın hüquq və azadlığı təmin olunmuşdur. Vətəndaşlar qanuni yollarla ona verilən konstitusiya  hüquqlarından istifadə edə bilər.

Əgər hər hansı hüquqa zidd əməl varsa, Azərbaycanda üçüncü hakimiyyət olan məhkəmə hakimiyyəti mövcuddur. Məhkəmə vasitəsi ilə bütün hüquq və azadlıqları bərpa edilə bilər.

Azərbaycan beynəlxalq konvensiyalara, beynəlxalq birliklərə üzvdür. Dövlətimiz vətəndaşların hüquqlarını daha da yaxşı qorunması üçün daimi addımlar atır.

 

 

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir