Cümə , 13 İyun 2025
Drone Cameras

Ölkəmiz “Digər fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalında təmsil olunacaq

Noyabrın 2-dən 6-dək Moskva Dövlət Akademik Filarmoniyasında Rusiyanın ən böyük müasir musiqi forumlarından olan “Digər fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.

Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri təmsil edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də təşkil olunacaq konsert proqramında Azərbaycanın görkəmli bəstəkarı, professor Fərəc Qarayevin “Serenada”, alman bəstəkarı K.Ştokxauzenin üç orkestr üçün “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Sinfonia” əsərləri səslənəcək. İlk dəfə olaraq, bir konsertdə üç böyük kollektiv – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov), “Questa musica” ansamblı (dirijor Filipp Çijevski) və Rusiya Dövlət Orkestrinin solistləri (dirijor Vladimir Yurovski) eyni səhnəni bölüşəcəklər.

Qeyd edək ki, beş gün davam edəcək festivalda müasir bəstəkarların əsərləri səslənəcək. “Digər fəza” Moskva Dövlət Akademik Filarmoniyasının əlamətdar layihəsidir. Festival müxtəlif ölkələrin musiqiçilərini özündə birləşdirərək, onları Rusiya auditoriyasına təqdim edir.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir