Cümə , 29 Mart 2024
Drone Cameras

Ölkəmizə qorxunc virusun gəlməsi xəbəri yayıldı – baş pediatrdan açıqlama

Son günlər sosial şəbəkələrdə azyaşlı yaşlı uşaqlar arasında “Koksaki” virusunun yayıldığı barədə məlumatlar gəzir. Valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqətli olmağa çağırırlar.

Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Pediatr Günay İmanovanın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, “Koksaki” viral xəstəlikdir: “Bu xəstəlik su çiçəyi xəstəliyinə bənzəyir. “Koksaki” orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. “Koksaki” xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir”.

Həkim bildirir ki, “koksaki” virusuna yoluxan xəstələrdə əl-ayaq, bədən səpmələri, yüksək hərarət, ağız boşluğu və boğazın səpməsi, boğaz-baş ağrısı, qarın ağrısı-qusma müşahidə edilir: “Əllərdə, ayaqlarda səpmələr, qızartılar, qabıq verərək qopmalar, qanamalar, ağızda, udlaqda herpesə bənzər yaralar koksaki virusunun əsas əlamətidir və bütün bunlar yüksək qızdırma ilə yanaşı inkişaf edir”.

“Koksaki” gözün zərinə də bulaşa bildiyi üçün gözün kənarlarında sulanmalar, qızartı, batma hiss və s. müşahidə edilə bilər. Xəstəlik güclü yayılma qabiliyyətinə malikdir. Belə ki, xəstə yuyulmamış əli ilə hara toxunsa, həmin yerə toxunan xəstələnə bilər” — mütəxəssis diqqətə çatdırır.

“Bütün bunlara baxmayaraq koksaki virusunun xüsusi bir müalicəsi yoxdur. Xəstəlik əsnasında ancaq ağrıkəsicilərdən istifadə etmək məsləhət görülür. Xəstəlik 7-10 günə sağalır” — deyə G. İmanova əlavə edib.

Tibb elmləri doktoru, professor K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil: “Bir ay öncə ölkəyə Antalydan “Koksaki” virusunun gətirldiyi barədə məlumatlar yayılanda, biz yoxlamalar apardıq. Məlum oldu ki, Azərbaycanda belə bir virus yoxdur”.

“Hazırda uşaqların keçirdikləri xəstəliklər isə, mövsümi xəstəliklərdir. Valideynlər narahat olmasınlar. Əgər ölkədə bu xəstəlik olsaydı, birinci biz bilərdik” — deyə direktor qeyd edib.

Baş pediatr bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır: “Son məlumatlara görə, ölkədə uşaqlar arasında heç bir virus xəstəliyi yayılmayıb”.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir