Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb.
Bu barədə Rusiya KİV-lərində yayılan məlumatlara görə, ailənin oğurladıqları insanlar öldürülərək yeyildikləri məlum olub. Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir. Arif Koroğluyev sonuncu dəfə 2014-ci ilin dekabr ayının 25-də Novorossiysk-Krasnodar avtobusu ilə hərəkət edib. Ondan sonra A.Koroğluyevi heç kim görməyib. Bu illər ərzində Novorossiysk hüquq-mühafizə orqanları A.Koroğluyevin itkin düşməsi ilə bağlı axtarışlarını davam etdirib.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladıqlarını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.
Qeyd edək ki, cinayət fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.
Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri digər insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları üzə çıxıb.
Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.
Lakin rəsmi orqanlar hələlik faktı təsdiqləməyib. Hüquq-mühafizə orqanlarının mətbuatda bu barədə yayılan məlumatlar əsasında ciddi araşdırma aparıldığı bildirilir.