Cümə , 29 Mart 2024
Drone Cameras

“Əgər məni işdən çıxarsalar pasportumu yandıraram” – Bölücü referendumu dəstəkləyən şöbə müdüründən açıqlama

“Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq “hə” desəydi də, “Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır”.

 
Bu fikirləri Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.
 
O bildirib ki, hansısa fikirlərinə ona təzyiq olunması yanlışdır: “Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır?!
 
Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm? Mən qorxmadan, çəkinmədən Kürdüstanın bayrağını belə qaldıraram başımın üstünə. Bu bayraq mənim fəxrimdir. Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından o başına kimi yaşayan kürdlərin uğuru uğrumdu, kədəri kədərim. Necə Azərbaycanı sevirəmsə, kürd kimi də kürdlüyümü sevirəm. Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, gedəcəm. Kimin nəyinə lazımdır mənim mövqeyim?! Azərbaycanının daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?”.
 
Mövqeyinə görə vəzifədən kənarlaşdırılma ehtimalına gəlincə, F.Tanrıverdiyev “Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışımla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm” – deyib. 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir