Şənbə , 20 Aprel 2024
Drone Cameras

Özbəkistan portalları Ermənistanın Azərbaycana təcavüzü və azərbaycanlıların deportasiyası ilə bağlı materiallar yayıb

Daşkənddəki ziyouz.uz və qalampir.uz portalları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından deportasiya olunan soydaşlarımızla bağlı materiallar yayıb.

Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumatlar yer alır. Bildirilir ki, ermənilərin 1988-ci ildə Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları hələ də davam etməkdədir. Həmin il ermənilər Qərbi Azərbaycanda yaşayan 200 minə yaxın azərbaycanlını öz dədə-baba yurdlarından didərgin salıb, 188 azərbaycanlı isə qəddarcasına öldürülüb.

Xocalı soyqırımından da bəhs olunan materiallarda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıda görünməmiş vəhşiliklər törədib, nəticədə 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsirlərin çoxundan hələ də xəbər yoxdur.

Materiallarda 1992-ci il mayın 7-8-də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın işğalı, həmin ay Laçının zəbt edilməsi, digər rayonlarımızın ermənilər tərəfindən qəsb olunması haqqında məlumat verilir. Qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəniyyət abidələri, muzeylər, məktəblər və digər infrastrukturlar dağıdılıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfdən işğal olunması, bu torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Lakin Ermənistan hələ də bu nüfuzlu beynəlxalq təşkilatın qərarlarını yerinə yetirməyib.(azertac)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir