Cümə , 19 Aprel 2024
Drone Cameras

“Özümüzdən böyük sözümüz“ – VİDEO

“Özümüzdən böyük sözümüz“ - VİDEO

Sabir Rüstəmxanlının yeni kitabının təqdimatı oldu

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı yaradıcılığının növbəti bəhrəsi “Özümüzdən böyük sözümüz” kitabının təqdimat mərasimi keçirildi.

Mərasimə ədibin qələm dostları və ictimai siyasi xadimlər qatılaraq Sabiri tək qoymadılar.

Kitabın təqdimatı fonunda qonaqlar çıxışları zamanı həm də keçmişə bir anlıq səyahət edərək köhnə xatirələrdən danışdılar.

Yaradıcılığı ərzində 30-dan çox kitabın müəllifi olan Sabir Rüstəmxanlının əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.

Onun Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib.

Bu gündən etibarən Sabir sevərlər rəflərində daha bir yeri “Özümüzdən böyük sözümüz”ə ayıracaqlar.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir