Şənbə , 22 Mart 2025
Drone Cameras

“Oğru” aləmi toplaşır: Lənkəranskinin məsələsi böyük “sxodka”da

Yaxın zamanda “oğru aləmi”ndə böyük “sxodka”nın keçirilməsi planlaşdırılır.

Cebhe.info xəbər verir ki, “sxodka” “qanuni oğru”ların bir çoxunun iştirakını təmin etmək üçün Yunanıstanda təşkil olunacaq.

Kriminal aləmin “generalları” “sxodka”da əsasən Rövşən Lənkəranskinin ölümündən sonra onun biznes imperiyasına liderlik uğrundan “oğru”lar arasında başlayan mübarizəni, Rusiya kriminal aləminin “xaç atası”na namizədlərlə bağı təklifləri, eləcə də son zamanlar bəzi “oğru”lar arasında yaşanan qarşıdurmanı müzakirə edəcək.

Sonuncu məsələyə “oğru” Əhməd Yevloyevin iştirakı ilə Butırski həbsxanasında baş verən insident də daxildir. Əhməd Yevloyev həbsxananın həyətində Dato adlı şəxsi döyüb. Dato telefon əlaqələrinin birində “qanuni oğru” Laşa Bratelinin ünvanına xoşagəlməz ifadələr səsləndirib və söhbət gedib “oğru”ya çatıb. Laşanı dəstəkləyən “oğru”lardan Levan Abuladze Datonun cəzalandırılmasını tələb edib və işin icraçısı Levan və Laşa kimi “türk” oğru klanına aid olan Əhməd Yevloyevə tapşırılıb. 

Məlumata görə, Yunanıstanda keçiriləcək “sxodka”da Türkiyədə və Dubayda yaşayan “oğru”ların da iştirakı gözlənilir ki, onlar burada əsasən Laşa Brateli və Əhməd Yevloyevin mənafeyini müdafiə edəcəklər.
 

Cebhe.info

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir