Milli Onkologiya Xəstəxanasinda şahid olduqlarım :
İki il əvvəl yolumuz buraya düşmüşdü. Anama ağ ciyər kanseri diaqnozu qoyulmuşdu. Burada Analizlərə 5 min manat xərclədik. Halbuki bura dövlət xəstəxanasıdır. Vətəndaşlara pulsuz xidmət göstərilməlidir. Lakin burada heç nə pulsuz deyil. Bütün analizlərin qiyməti fantastikdir. Bir vətəndaşin gücü çatmayacaq dərəcədə. Qiymətlər 400 – 1500 arasi.
Anama ağ ciyər xərçəngi diaqnozu qoydular. Analizlərin nəticəsinə görə 4 dərəcə, metastaz verib və qabirğa sümüyünə keçib.
Mən həyəcanla Ankoloji xəstəxanada bu korpusdan o biri korpusa, bu mərtəbədən o biri mərtəbəyə qaçıram, doktor indi nə olacaq? Nə etməliyik? deyirəm. Qaçiram cərrahin yanina. Balacaboy, lakin iddiasi, davranişları xəstə ilə münasibəti dağlar qədər böyük olan, xəstələrə və xəstənin yaxınlarına dağin başindan aşağı baxan doktordan iki həftə yalvarandan sonra cavab aliram. Ananda boğulma simptomlari olduğuna görə onu cərrahi əməliyat etmək riskdir. Mən bu riskin altina gire bilmerem deyib üzünü çevirib gedir. Ordan qaçiram başqa hekimin yanina. Doktor indi biz nə edək? deyirem. Deyir sizi yaziram kimyaterapiyaya. Burada hər iki doktorun qeyri peşəkarliği, saxtalarliği üzə çixir. Torakal Cərrah həkim Elvin doktor bizə bildirməli idi ki, boğulma spazmalari olan xəstələri öncə pulmunoloq həkim müalicə etməlidir, spazmalar aradan qalxmalidir, sonra cərrahi əməliyat olmalidir. Demədi. Çünki böyük miqdarda pul gözləyirdi. Lakin miqdarin adini söylemeye cesaret etmirdi…
Anami Kimyaterapiyaya gönderen hekim isə bilmirdi ki, spazmalari olan xəstəni kimyaterapiyaya göndermək olmaz.
Bir ay keçirdik analizlərə. . Heyecanliyiq. Xəstəxana köşələrində qaçmaqdan, ona buna yalvarmaqdan ruhi- fiziki çökmüşəm. Pulun yoxdursa buraya girə bilməzsən. Hər kimyaterapiya 600- 700 m. analizlərin qiyməti 400- 1500 m. arasi dəyişir. Anam isə 400 m. Pensiya alir. Yəni ki, anamin aldiği məvaciblə xəstəxana xərcləri arasindaki fantastik fərq yerlə göy arasindaki fərq qədərdir.
Üstəlik ən ağridici məsələ bəlirsizlik. Qəsdən Xəstəyə bundan sonra nə edəcək, hansi prosedurlardən keçilməlidir, dəqiq heç nə deyilmir. Bəlirsizlik. Bəlirsizlik!
Bu proseslər zamani Azərbaycan həkimlərini, tibbi personalini müşahidə edirəm.
Əksəriyyətində Mənəvi əxlaqi yoxsunluq, imansizliq. Peşə etikasinin olmamasi. Pulgirlik. Pul!
Bu barədə çoxlu yazilar yazdim. Tibb universiteti mütəxəssis doktor yetişdirir, insan yetişdirmir.
Bütün dövlət xəstəxanalarinda siğorta olsa belə, pul əsas yer tutur. Sığorta ilə xəstəxanada yatib müalicə alacaqsansa sənə baxmayacaqlar. Nə həkimlər, nə tibb bacilari, nə sanitarlar. Ən ucuz, vaxti keçmiş dərmanlari sənə verəcəklər. Sumqayit 1 nömrəli xəstəxanasinda da, Respublika xəstəxanasinda da dərmanlar, tibbi ləvazimatlar xəstənin özünə aldirilir. Sumqayit Dövlət Xəstəxanasi isə çöküb. Həm maddi texniki, həm mənəvi əxlaqi. Burda reanimasiya şöbəsində bibim baximsizliqdan öldü. Bibim burada bütün dərmanlarini, ləvazimatlarini özü alsa da, həkimlərin səhlənkarliğindan, baximsizliğindan öldü. Reanimasiya şöbə müdirindən nələr, nələr gördük, əslində məhkəməyə verilib həbs olunmalidir. Hansini məhkəməyə verəsən, hansi ilə mübarizə aparasan, bir deyil, iki deyil. Guya məhkəmələr belə deyilmi? Bütün sistem belə deyilmi?
Azərbaycanda sistem böhrani var, idarəetmə böhrani var. Bütün bu problemlərin arxasinda siyasi sistem durur. Vətəndaşa, İnsana, Xalqa düşmən olan bir sistem!
Ankoloji xəstəxanadaki bəlirsizlikdən qaçdiq, üzümüzü tutduq Lev Bona Dea xəstəxanasina.
Xəstəxana Ankoloji Xəstəxanadaki analizləri qəbul etmədi. Yenidən burda analizləre başladiq. Bir beş min de buradaki analizlere getdi. Analizin cavabinda bəlli oldu ki, Ağ ciyərdəki kanser 3 dərəcəlidir, metastaz verməyib, qabirğa sümüyünə keçməyib. Öncə pulmunoloq boğulma spazmalarini müalicə edib ortadan qaldiracaq, sonra cərrahi əməliyat olacaq. Beləcə burada bəlirsizlikdən azad olduq.
Diqqət: Onkoloji xəstəxanadaki analizlərin cavabi ilə Lev Bona Dea klinikasindaki analizlərin cavabi, nəticələr fərqli idi. Onkoloji xəstəxanada cavab 4 dərəcə. Metastaz verib. Bona Dea klinikasindaki cavab. 3 derece. Metastaz verməyib. Deməli onkoloji xəstəxananin analizlərinə etibar etmək olmaz,
Anami müalicə etdilər, boğulmalarin qarşisini aldilar, sonra cərrahi əməliyat etdilər.
Burada da ünsiyyətdə olduğumuz doktorlar, tibbi personali müşahidə etdim. Yüksək səviyyədə peşəkarliq, insanliq, xəstəyə sağalacağina inam aşilamaq. Yüksək mədəniyyət. Anami güldürə güldürə, inandira inandira cərrahi əməliyat prosesinə hazirladilar. Əməliyat etdilər. İndi anam Lev Bina Dea xəstəxanasinin Ağ ciyər şöbəsində daimi nəzarətdədir. Doktorlari Elmar Məmmədov, Firuz Məmmədovdur. Hər ikisi yüksək səviyyəli peşəkar, İnsan kimi insandirlar. İkisi də Tibbi təhsilini Türkiyə universitetlərində bitirib.
Burada Azərbaycan Respublika Dövlət Xəstəxanasi, Sumqayit 1 nömreli dövlət xəstəxanasindaki idarəetmə ilə Lev Bona Dea xəstəxanasindaki idarəetməni müşahidə etmək imkani buldum. Lev Bona Dea klinikasinda mərkəzləşmiş kompüterləşmiş sistem var. Xəstə haqqinda bütün bilgilər həkimin qarşisinda onlayn durur. Həkim istədiyi vaxt xəstəsinin durumu haqda məlumat ala bilir və xəstəsinə nəzarət edir. Klinika xəstə ilə davamli mesajlaşir, ünsiyyət qurur. Bir sözlə xidmət, müalicə yüksək səviyyədədir.
Dövlət xəstəxanalarinda isə xəstə həkimin qəbuluna düşənə qədər, analizləri verib cavabini alana qədər, hər qapinin arxasinda, növbədə 5- 6 saat işgəncəli vaxt keçirir. Uzun növbələr, basa- bas, əsəb, gərginlik. Xəstə elə bu uzun prosesdə xəstəlik tapir. Dözməyən, ağrilari çox olan xəstələrin o növbə qapilarinin ağzinda nələr çəktiyini müşahidə eləmişəm. Mən bu prosesi müşahidə edəndə dözmürəm, bəs bu xalq bu qədər işgəncələrə niyə dözür, ona məəttəl qalmişam. Dövlət xəstəxanalarinda xəstə qəbulu proseduru işgəncədir və vətəndaşa qarşi həyata keçirilən sistematik qəsddir, basqidir. Bunun məsuliyəti bu hakimiyyətin məsuliyətidir. Hakimiyət buna cavab verməlidir, əgər cavab tələb edən Xalq olsaydi. Dövlət xəstəxanalarinda mərkəzləşmiş kompyüter sistemi yoxdur, analizlər labaratoriyalardan həkimlərin bilgisayarina yönləndirilmir, xəstə məcbur olur analizləri özü götursün, bu da uzun növbələrin yaranmasina, günlərin, aylarin boşa xərclənməsinə, gərgınliyə səbəb olur. Heç bir baş həkim, baş idarəçi uğurlu deyil, effektiv deyil.
Buraya qədər hər şey əla!
İndi keçək Lev Bona Dea Klinikasindaki qiymətlərə.
Buradaki fantastik qiymətləri ödəmək üçün ya dövləti soyub talayan nazir olmalisan, ya da oliqarx. Ayliq maaş alan bir orta səviyyəli insan burada müalicə oluna bilməz.
Bəs biz nə etdik? Ailə üzvlərimiz banklardan kredit çəkdik, olduq bu hakimiyyətin acimasiz, soyğunçu banklarindan asili. Bundan sonra Ömrümüzün yarisini banklara kredit ödəməklə bitirəcəyik.
Budur Azərbaycan realliği. Budur sistem böhranı. Budur dövlətdən məhrum edilmiş yalniz Vətəndaşin hali.
Azərbaycanda dövlət vətəndaşin yaninda deyil! Olmadı!
II Qarabağ savaşindan öncə əhalinin 60 faizi Banklardan asili vəziyyətə düşmüşdü. Əhalinin bu hakimiyyətə qarşi naraziliği artmışdi. Hakimiyyət dərhal qorxusundan xalqin naraziliğini aradan qaldirmaq üçün kreditlərin çoxunu bağladi. Məcbur oldu.
Eyni vəziyyəti indi yenə yaradiblar. Azərbaycan banklari əhaliyə kredit vermir, rəsmən soyğunçuluqla məşğul olur. Faizlər o qədər yüksəkdir ki, vətəndaşlar sözün həqiqi mənasinda soyğunçuluqla üzləşib. İndi yenə əhalinin 60 – 70 faizi banklardan asili vəziyyətə salinib, sömürğə siyasəti davam edir. Banklar da ki, məlum, hakim ailənindir.
Bax budur bu hakimiyyətin siyasəti. Bu ölkənin durumu budur. Biz Banklardan, sistemin sömürü siyasətindən asiliyiq.
Bankdan kredit çəkməzsən müalicə ala bilməzsən, müalicə almaq istəyərsənsə banka getmək məcburiyyətindəsən, bankdan kredit çəkməzsən ölərsən, çəkərsən yenə Ölərsən.
Dünyanin heç bir yerində bank faizləri Azərbaycandaki qədər yüksək deyil. Bu rəsmən soyğunçuluqdur, əhalinin vəhşicəsinə soyulmasidir.
Nə Qarabağ savaşindan öncə, nə Qarabağ savasindan sonra müzəffər ailə Vətəndaşin durumunu yaxşilaşdiracaq birce addim belə atmadi. Dövlət var, lakin milli dövlət deyil, bir ailənin dövlətidir, İnsanin, Vətəndaşin yaninda deyil. Milli dövlət millətin yaninda dayanir, bu ailə dövlətinin nəyinə lazimdir axi vətəndaş, insan. Onlarin heç nə vətəndaşa, nə bu ölkənin insanina heç ehtiyaclari da yoxdur. Axi onlari bu ölkənin insanlari seçməyib. Axi seçki yolu ilə dövlətin başina keçməyiblər. Axi…
Yalandan, utanmadan məmur tənqidi etdirib baş qatir, guya özü yaxşidir məmurlar pisdir, o pis olan məmuru, seçkiləri saxtalaşdiran Məzahir Pənahovu isə yenə MSK – ya sədr təyin edir. M.Pənahovun MSK- ya sədr təyin edilməsi bilirsiniz nə deməkdir? O deməkdir ki, Azərbaycanda seçkilər həmişə saxtalaşdirilacaq. O deməkdir ki, bu xalqin seçib seçilmək haqqi yoxdur, ola bilməz.
O youtube kanallarinda məmurlari tənqid edən partiya sədrləri, yalaka jurnalistlər, deputatlar, ekspertlər, saxtakarlar yiğinlari var ha, bax onlara inanmayin, onlar beş qəpik pula satilib yalan danişanlardir. Onlar ölkənin gerçək mənzərəsini göstərmirlər, demirlər, deməyəcəklər. Ölkədə siyasi sistem böhrani var. Bütün problemlərin başinda bu ailə sistemi, ailə hakimiyəti durur.
Kim 3- cü, 4- cü dərəcəli məmuru tənqid edirsə bilin ki, o yaltaqdir, qorxaqdir, sifarisli danişir, hakimiyyəti, höküməti, prezidenti, sistemi tənqid etməyə cürəti, savadi, səviyyəsi çatmayan yalakalardir. Susdurun onları.
Müzəffərə eşq olsun. Doğru siyasət izləyir. Biz onunla fəxr edirik. Dünyada analoqu olmayan liderdir! Nəyi nə zaman edəcəyini O bilir!
Onkologiyada özünü qumbara ilə partladan qazi səhv edib. Gərək dözəydi, səsini çixarmayaydı. Etiraz etmək günahdir, Etiraz etmək vətənə xəyanətdir, dövlətə xəyanətdir!
Kim hakimiyəti, müzəffərin analoqu olmayan siyasətni tənqid edirsə o dövlətçiliyə düşməndir, yeri həbsxanadır.
Azərbaycanda tibb- səhiyyə, vətəndaşlarin iqtisadi durumu yüksək səviyyədədir. Müzəffər demiş, Azərbaycan sosial dövlətdir!
Yasəmən Qaraqoyunlu, alim
Boyukmillet.com Biz yanmasaq vətən yanar
