Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ordubad və Culfa gəncləri “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” aksiyasına qoşulublar

Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyada bu dəfə Ordubad və Culfa rayon gəncləri iştirak edib.

Naxcivantv.az xəbər verir ki, Həsən Əliyev adına Zəngəzur Milli Parkında olan gənclərə “5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı məlumat verilib. Təbiətin, ətraf mühitin qayğısına qalmağın və mühafizəsinin vacib amil olduğu diqqətə çatdırılıb.

Parkın flora və fauna nümunələrinin sərgiləndiyi muzeyə baxış keçirdikdən sonra gənclər Zəngəzur Milli Parkını ekskursiya ediblər. Onlar  buranın təbiətini heyranlıqla seyr edib və sosial şəbəkələrdə paylaşmaq üçün  fotoşəkillər çəkiblər.

Qeyd edək ki, 5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində yeniyetmə və gənclərin ətraf mühit barədə biliklərinin artırılması və maarifləndirilməsi məqsədi ilə keçilən bu səpkili tədbirlər zəngin flora və faunası olan muxtar respublikanın təbiətinin qorunması, təbliği istiqamətində atılan addımdır.Click to enlarge image Still0601_00002.jpgClick to enlarge image Still0601_00004.jpgClick to enlarge image esas.jpg 

Röyal Kərimov

 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir