Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Dünyanı idarə edənlərin gizli toplantısı başladı

Bilderberq klubu özünün illik konfransının tarixini açıqlayıb.

Axar.az xəbər verir ki, klubun saytında görüşün 1-4 iyun tarixlərində ABŞ-ın Virciniya ştatının Şantili şəhərində keçiriləcəyi bildirilib. Görüşdə əsas müzakirə mövzusu “Tramp Administrasiyası: görülən işlər barədə hesabat” adlandırılıb. Bununla bərabər klubun qapalı görüşündə Transatlantik münasibətlər, NATO, Avropa Birliyinin inkişafı, qloballaşma, informasiya müharibəsi, Rusiyanın dünyada rolu, Yaxın Şərq və Çin də müzakirə olunacaq.

Builki görüşün iştirakçılarının siyahısı da xeyli geniş olub. Təşkilatın saytındakı yayımlanan iştirakçı siyahısında Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, NATO Baş katibi Yens Stoltenberq, Niderland kralı Villem Aleksandr, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərləri Con Brennan və Devid Petreus, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və digərləri yer alıb.

ABŞ-ın hazırkı administrasiyasını bu görüşdə Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Herber Makmaster, Ticarət naziri Uilbur Ross və Trampın strateji təşəbbüslər üzrə köməkçisi Kristofer Liddel təmsil edir.

Azərbaycana yaxın dövlətlərdən yalnız Türkiyənin bu görüşdə təmsilçiləri olacaq. Belə ki, görüşə Türkiyədən jurnalist Mustafa Akyol, “Koç Holdinq”in baş icraçı direktoru Levent Çakıroğlu, “Hürriyet” qəzetinin Vaşinqton bürosunun rəhbəri Cansu Çamlıbel, “Koç Holdinq”in rəhbəri Ömər Koç, türkiyəli ekspert Sinan Ülgen qatılacaq.

Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun ötənilki görüşü Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın “300-lər komitəsi” adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.

Klubun keçən ilki görüşü Almaniyanın Drezden şəhərində keçirilmişdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir