Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin ilk buraxılış mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Məktəb muxtar respublikanın hüquqmühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Məktəbin məzunları təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşdirilməsinə töhfə verəcəkdir.
Vurğulanıb ki, Orta İxtisas Polis Məktəbi yaradıldıqdan sonra qısa müddət ərzində məktəb üçün tədris kompleksi tikilib istifadəyə verilib. Burada kursantların təhsili üçün hər cür şərait yaradılıb. Cəlil Rüstəmov bildirib ki, bu mənada, muxtar respublikada təhsil davamlı inkişaf dövrünü yaşamaqdadır. Bu məktəb də Ali Məclis Sədrinin təhsil siyasətinə, gənclərin işlə təminatına, mənəvi cəhətdən sağlam və düşüncəli bu gəncliyin yetişdirilməsinə verdiyi dəyərin bariz nümunəsidir.