Cümə , 27 Mart 2026
Drone Cameras

Özbəkistana yeni xarici işlər naziri təyin edilib

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib.

Boyukmillet.com xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …