Bazar , 22 Noyabr 2026
Drone Cameras

Parlament bu ölkə ilə əldə olunmuş razılaşmanı təsdiqlədi

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası Sahibə Qafarovanın sədrliyi iıə öz işinə başlayıb.

Boyukmillet.com-un məlumatına görə, iclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə komitə sədri Səməd Seyidov məlumat verərək bildirib ki, bu layihə Azərbaycan və Sudan arasındakı münasibətləri yeni mərhələyə qaldıracaq. Səsvermədən sonra sənəd təsdiqlənib.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …