Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Parlament Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihəni müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Bizim Instagram səhifəmizə abunə olun

Check Also

Kirayədə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyası veriləcək

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət …