Cümə , 10 May 2024
Drone Cameras

PKK/PYD terrorçuları Türkiyə qorxusundan zülm etdiyi Münbiç ərəblərinə yalvarır : “Bizi dəstəkləməsəniz, Osmanlı geri dönəcək”

PKK/PYD terrorçuları Türkiyə qorxusundan zülm etdiyi Münbiç ərəblərinə yalvarır : “Bizi dəstəkləməsəniz, Osmanlı geri dönəcək”

ABŞ-ın Suriyadan çəkilmə qərarından qorxuya düşən terror təşkilatı PKK/PYD işğal etdiyi Münbiçin ərəb əhalisi arasında vərəqələr yayıb.

boyukmillet.com  xarici KİV-ə istinadən xəbər verir ki, ərəbləri doğma torpaqlarından qovaraq etnik təmizləmə aparan Osmanlı dövlətinin geri dönəcəyi və ərəblərə “zülm edəcəyi” ilə hədələyib.

“Bizi dəstəkləməsəniz, Osmanlı geri dönəcək. Osmanlı hakimiyyəti altında ərəblər iqtisadi baxımdan geridə qaldı. Bunun səbəbi Osmanlının ərəb xalqı üzərinə qoyduğu  vergi sistemi, bölgədəki yoxsulluq və geriləmə idi.

Türk müstəmləkəçiliyi İslama dəvət əsaslı olmadı. İslami fəthi yox idi. Osmanlı siyasi münaqişələr üçün döyüş apardı. Osmanlılar ərəb şəhərlərində nə etdilər? Nə bir məscid, nə bir məktəb, nə bir xəstəxana dikdilər.

Fransa və Avropa ölkələri ərəbləri Osmanlı zülmündən qorumaq üçün öz gəmiləriylə kömək etdilər. Suriya 25 illik Fransanın işğalında dövründə, 400 illik Osmanlı işğalında olduğundan 100 dəfələrlə daha çox inkişaf etdi. Türk işğalçılığı indi də köhnə Osmanlı xilafətini geri gətirməyə çalışırlar. Nəticə olaraq biz bölgə xalqları olaraq türk işğalının qarşısında tək əl olaraq dayanmalıyıq ki, yenidən Osmanlı ssenarisi təkrarlanmasın” – PKK/PYD terrorçularının yerli ərəblərə ünvanlanmış  yalan və həyasızlıq dolu məktubunda bildirilir. 

Qeyd edək ki, PKK-nın yaydığı məktubdan öncə, tərkibinin əsasən yerli ərəblərdən təşkil olunduğu Azad Suriya Ordusu bölgə xalqına məktubla müraciət etmiş, “PKK-nın sonu gələcək bizimlə olun” mesjaları vermişdi. Bun dan sonra, bölgənin tanınmış ismləri və əşirət liderləri PKK terrorçularına qarşı başladılacaq əməliyyatda Türkiyə ordusuna dəstək verəcəklərini bildiriblər. 

Bundan başqa, yerli əhalinin PKK/PYD terrorçularına da hədsiz nifrətləri var. Terrorçular Münbiç də daxil olmaqla ərəblərin yaşadığı bir çox bölgələrdə xalqa zülm edərək, onları torpaqlarından qovublar. PKK terroru nəticəsində Tmilyonlarla Suriya ərəbi qaçqın düşərək məhz Türkiyəni seçib. PKK terrorçularının Osmanlı haqqında söylədiklərinə isə kimsəni inandırmaq mümkün deyil. Bu gün bir çox ərəb siyasətçilər, fikir adamları Osmanlı dönəmində bölgənin ədalətlə idarə olunduğunu bildirirlər. Bununla yaşanaşı Osmanlı dönəmində ərəb şəhərlərində çoxlu sayda məscid, məktəb, xəstəxana tikilib ki, həmin tikililər günümüzdə də fəaliyyətdədir.

Siyasi ekspertlər hesab edir ki, PKK terrorçularının məktubda Osmanlını və bölgəyə əmin-amanlıq gətirmək istəyən Türkiyəni pisləyərək, Qərb imperializmini tərifləməsi bölgə xalqı içərisində onsuz da pik həddinə çatan narazılıqların partlamasına səbəb olacaq.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir