Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

PKK rəhbərinin göstərişi ilə İstanbulda terror aktı törətmək istəyən şəxslər saxlanılıb

PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə terror aktı törətmək üçün gələn “Seydo Botan Gever” ləqəbli Mehdi Mıhçı yaxalanıb.

Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onun yaxalanmasını daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Nazir qeyd edib ki, Murat Karayılanın göstərişi ilə İrandan Türkiyəyə keçən “Seydo Botan Gever” kod adlı Mehdi Mıhçı PKK-nın xüsusi təyinatlılarının üzvü olub, o, terorrçulara partlayışlarla bağlı təlim keçib.

Mehdi Mıhçı İstanbulda PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı saxta şəxsiyyət vəsiqəsilə yaxalanıb.

Terrorçu ilə birlikdə onunla cinayət əlaqəsində olan iki nəfər – Civan A. (26 yaş) və Kerem Ş. (43 yaş) saxlanılıblar.

Nazir uğurlu əməliyyat münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib.

Check Also

İstanbul və ətrafında ən yaxşı trekking marşrutları – FOTO

İstanbula bir iş səyahəti və ya tətil planlaşdırırsınızsa, gözəl açıq hava macərası üçün bir neçə …