Cümə , 19 Aprel 2024
Drone Cameras

Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?

Rusiya prezidenti Vladimir Putinin Daxili İşlər Nazirliyində ixtisarlarla bağlı fərmanı Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarından da yan keçməyəcək. Nazirliyin daxili əmrində bildirilir ki, hər beş yol polisi müfəttişindən biri ixtisar olunacaq. İxtisarlar yalnız iki bölməyə – qeydiyyat və imtahan şöbəsinin əməkdaşlarına şamil olunmayacaq. DİN əməkdaşlarının son hədd sayının müəyyən edilməsi haqqında fərman dekabrın 31-də Rusiya lideri tərəfindən imzalanıb. Əvvəlki fərmanla müqayisədə DİN əməkdaşları 10 min nəfərə qədər ixtisar olunmalıdır. Habelə, kimlərin konkret olaraq ixtisar siyahısına düşəcəyi fərmanın mətnindən tam aydın olmur.

Sənədə görə, ixtisarın əsas yükü Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarının üzərinə düşəcək. Rusiyada YHTDM əməkdaşlarının ötən ilin payız aylarında 55 min nəfər olduğunu nəzərə alsaq, fərmanın qüvvəyə minməsi ilə faktiki olaraq hər beşinci yol polisi əməkdaşının işsiz qalacağını demək olar. Moskvanın Polis Həmkarları İttifaqının rəhbəri Mixayil Paşkin, YHTDM-də kütləvi ixtisar siyasətinin həmin orqanda aparılan islahatlarla əlaqədar olduğunu bildirib. Bundan başqa, ittifaq rəhbəri əmin edir ki, fərman nəticəsində vakansiya ixtisar olunacaq, işçinin özü yox. Yəni bir çox bölmələrdə insanlar yox, “boş” qalan vəzifələr “kənarlaşdırılacaq”.
Qeyd edək ki, ölkələrdə polis sayı əhalinin sayına görə götürülür. Azərbaycanda nə qədər polisin olması barədə məlumatı Daxili İşlər Nazirliyi açıqlamır. Bunu ölkənin milli təhlükəsizliyi ilə əlaqələndirirlər. Bəzi ekspertlər isə bunun düzgün olmadığı qənaətindədir. Amma daxili işlər orqanlarında işləyən qadın polislərin sayının təxminən 3,5 faizi əhatə etdiyi bildirilir.

BMT-nin hesabatına əsasən polisin sayı min nəfər əhaliyə düşən adam sayına götürülür. Bunun da kvotası var. Hesabatda ən çox polisin Belarus olduğu bildirilir. Bu ölkədə hər min nəfərə 800 nəfərdən artıq polis düşür. BMT-nin hesabatına inansaq, polis sayına görə ikinci yerdə Azərbaycan dayanır. Belə ki, hər min nəfərə 476 polis düşür. Amma Azərbaycanda əhalinin və daxili işlər orqanlarına cəlb edilənlərin sayının artdığını nəzərə alsaq, hazırda ölkədə təxminən hər min nəfərə 500-dən artıq polis düşür. Amma daxili işlər orqanları dəqiq rəqəmi açıqlamaqdan imtina edir. Halbuki Azərbaycan qoşulduğu beynəlxalq konveksiyalara görə ictimaiyyətə bu barədə mütəmadi məlumat verməlidir.

Məlumat üçün bildirək ki, hər yüz min əhaliyə düşən polis sayı Belçikada 421, Almaniyada 296, Fransada 356, Türkiyədə isə 285-dir. Ölkələr saxladıqları hərbi personal qədər polislərlə də təhlükəsizliyi təmin etməyə çalışırlar. Bir sıra ölkələrin ümumu polis sayına diqqət yetirək.

Yunanıstanda 54 min 657, Hollandiyada 55 min, İranda 60 min, Nepalda 60 min, Rumıniyada 60 min, Kambocada 64 min, Kanadada 64 min 425, Şri-Lanka 89 min, Myanmada 93 min, Güney Koreyada 93 min 600, Polonya 100 min, Malayziyada 102 min, Peruda 104 min, Əfqanıstanda 122 min, Böyük Britaniyada 129 min 584, Kolumbiyada 150 min, Ukraynada 152 min, Banqladeş 155 min 800, Güney Afrikada 156 min 489, Əl-Cəzair 160 min, Filippində 160 min, Argentinada 206 min 125, Fransada 220 min, Tailanda 230 min, Almaniyada 243 min 625, İspaniyada 249 min 907, Yaponiyada 251 min 939, İtaliyada 276 min 750, Nigeriyada 350 min, Pakistanda 354 min 221, Meksikada 393 min 084, Türkiyədə 412 min 624, Braziliyada 424 min 162, İndoneziyada 579 min, Rusiyada 782 min 1, ABŞ-da 1 milyon 133 min, Hindistanda 1 milyon, 585 min 353, Çində 1 milyon 600 min polis var. (Cebhe.info)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir