Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Ağrı dağında PKK-nın əsl anbarı varmış…

Türkiyə hüquq-mühafizə orqanlarının Ağrı dağında keçirdiyi əməliyyat nəticəsində burada PKK-nın gizli anbarı aşkarlanıb.

Boyukmillet.com-un xəbərinə görə, burada torpağa basdırılmış halda çox sayda yaşam vasitələri və günəş paneli tapılıb. Valilikdən verilən açıqlamada Ağrı Jandarma Komutanlığına Doğubəyazid rayonu Ağrı Dağı ərazisində faaliyyət göstərən bölücü terror örgütünə aid sığınacaq və vasitələrin aşkarlandığı xəbər verilir. Xəbərə görə, burada 1 günəş paneli, 1 çörəkbişirən sac, 11 ədəd 20 litrlik su qabına doldurulmuş mazut və benzin, 50 kilogram salça, 100 kilogram qənd, 140 kilogram duz, 50 kilogram düyü, 120 kilogram noxud, 500 kilogram zeytun, 100 ədəd 250 qramlıq marqarin, 50 kiloqram bal, 100 kiloqram un, 100 kiloqram bulqur, 70 kiloqram yaşıl lobya, 200 paket quru maya, 108 litr duru yağ, eyni zamanda 3 böyük və 2 kiçik qaz balonu və digər mətbəx vasitələri aşkarlanıb. (Baki-Xeber.com)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir