Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Prezident Administrasiyası ləğv olunacaq? – Zahid Oruc aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib.
 
Millət vəkili Zahid Oruc “qafqazinfo”ya açıqlamasında dəyişikliyi şərh edib. O, bildirib ki, qanuna dəyişikliyin Prezident Administrasiyasının ləğv olunması kimi ictimaiyyətə təqdim edilməsi tamamilə yanlışdır: 
 
“Bildiyiniz kimi, 26 sentyabrda ölkədə referendum keçirildi və dövlət idarə etməsində vitse-prezidentlik institutu yaradıldı. Hazırda birinci vitse-prezident də təyin olunub. Belə olan təqdirdə təsisatın fəaliyyətini həyata keçirmək üçün onun çevrəsində aparat formalaşdırılır. Və orada təmsil olunan şəxslərin dövlət qulluğu kateqoriyasında ranqının hansı təsnifata, hansı ierarxiyadakı vəzifələrə uyğun olduğunu müəyyənləşdirmək üçün “Dövlət qulluğu haqqında” qanun qeyd olunan  dəyişikliklər aparılıb. Buradakı mahiyyət ondan ibarətdir ki, həmin şəxslər də dövlət qulluqçusu sayılacaqlar. Bunun  nəticəsində dövlət başçısının öz səlahiyyətlərini həyata keçirməsi üçün formalaşan Prezident Administrasiyasının fəaliyyətinin ləğvindən qətiyyən söhbət getmir”.  
 
Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyevanın dövlət idarəetmə sistemində yüksək yer tutması hakimiyyətin bütövlüyünə yalnız müsbət təsir göstərir: 
 
“Çünki ötən dövr ərzində Azərbaycanın Birinci Ledisi olaraq, Mehriban xanım daşıdığı bütün rəsmi vəzifələrində xalqa ləyaqətlə xidmətin ən yüksək nümunələrini yaradıb. Ona görə də, dövlət qulluğu ierarxiyasında aparılan son dəyişiklikləri ali icra hakimiyyəti sisteminin daha da təkmilləşdirilməsi kimi dəyərləndirmək lazımdır. Hər hansı qurumun ləğvi ilə bağlı məsələyə baxılmayıb və hakimiyyətin ağırlıq mərkəzinin dəyişdirlməsi barəsində verilən sualları şərh etməyi dövlətin vahid komandası əleyhinə təqdimatlar edənlərin təbliğatında iştirak etmək sayaram”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir