“Bütün dünya bunu görsün, görsün və bilsin biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.
“Onların məqsədi var idi ki, bundan sonra heç vaxt burada azərbaycanlılar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın, nə günə qoyublar. 30 il ərzində hansısa bir beynəlxalq qurum bu məsələni qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək ki, nə günə salıblar Cəbrayıl şəhərini”, – dövlət başçısı vurğulayıb.