Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …