Çərşənbə , 7 İyun 2023

Prokurorluq “Oksigen” klinikasında 2 yaşlı uşağın ölümü ilə bağlı rəsmi məlumat yayıb

Bakı şəhər prokurorluğu özəl klinikada baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, prokurorluğun açıqlamasında bildirilib ki, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir