Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Qərb bölgəsində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilib

Azərbaycanın hər yerində olduğu kimi, Qərb bölgəsində də 20 Yanvar faciəsində ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Niyazi Bayramov və Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Daha sonra 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Qeyd edək ki, 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Göygöl, Samux rayonlarında və Naftalan şəhərində də tədbirlər keçirilib. Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canlarından keçən oğullarımız anılıb.

Check Also

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib

Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı …