Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ukraynanın UNİAN agentliyində 20 Yanvarla bağlı məqalə dərc edib

Ukraynanın UNİAN informasiya agentliyi 1990-cı ildə Sovet İttifaqının Qarabağ məsələsində ədalət tələb edən silahsız insanlara qarşı qoşun yeritdiyi və onlara qarşı vəhşicəsinə davrandığı 20 Yanvar hadisələrindən bəhs edən məqalə dərc edib.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun yazdığı məqalədə 20 Yanvar tarixinin Azərbaycan tarixinə hüznlü, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yazıldığı qeyd edilir, şəhidlərin öz qanları ilə ölkənin yeni tarixini – qəhrəmanlıq, igidlik və milli dirçəlişini yazdıqları vurğulanır.

“1990-cı ildə Azərbaycanda baş verən bu hadisələr miqyasına və strateji istiqamətinə görə Sovet ordusunun 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyada apardığı hərbi əməliyyatlarla müqayisə edilə bilər. Lakin o zaman Qırmızı Ordunun qələbəsi Pirr qələbəsi oldu. Bakıdakı hərbi əməliyyatdan sonra isə SSRİ-nin dağılması qaçılmaz prosesə çevrildi”, – məqalədə deyilir.

Check Also

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiyası həyata keçirilən səkkiz Azərbaycan vətəndaşının hüquqlarının təmini …