Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Qərbi Azərbaycan İcması Ermənistanın sərhəd təxribatını pisləyib

Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Sənəddə bildirilib ki, bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlərin silahlandırmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir:

“Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs Jozep Borrellin, Dövlət Departamentinin, konqresmenlərin, irqçi fransız siyasətçilərin, Niderland, Kanada, Litva, Avropa Parlamenti, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi “don kixotlar”ın niyə səsi çıxmır? Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi, hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub durmamalı, proksi dövlət olmamalı və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır”.

Check Also

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla …