Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasında İrəvan şəhəri ilə bağlı tarixi həqiqətlərdən danışılıb

Qərbi Azərbaycan İcmasında (QAİ) “İrəvan şəhəri və onun ətrafında olan 9 min kvadratkilometr Azərbaycan ərazisinin ermənilərə verilməsi – tarixi həqiqətlər və müasir çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.


Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, QAİ-nin İH-nin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, QAİ-nin İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, QAİ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Milli təhlükəsizlik və hərbi elmlər kafedrasının professoru Aqil Şahmuradov çıxış ediblər.
Dəyirmi masaya Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, tanınmış tarixçi və hüquqşünas alimlər, professorlar qatılıblar.
Tədbirdə iştirak edən ziyalılar İrəvan şəhəri ilə bağlı tarixi həqiqətlər barədə danışıb, sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …