Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib

Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunlarında səbəb olduğu qalmaqala görə Türkiyədən üzr istəyib.

Boyukmillet.com xəbər verir ki, federasiya prezidenti Əli ibn Qanem Əl Kuvari yerli hakimlərə baş kəsmək işarəsi göstərən liberonun hərəkətinin yolverilməz olduğunu bildirib. O, insidentlə bağlı təəssüf hissi keçirdiyini söyləyib.

Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ isə voleybolçudan Beynəlxalq Voleybol Federasiyasına (FIVB) şikayət ünvanladıqlarını vurğulayıb.

Qeyd edək ki, Saad Sulaman Türkiyə yığmasına qarşı matçın 3-cü seti başa çatdıqdan sonra hakimə baş kəsmək işarəsi edib. Daha sonra Qətər Voleybol Federasiyası instaqramda “İdman bizi bölməz, birləştirər” paylaşımı edib.

https://youtu.be/6KT0CbjDL20

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …