Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qanunsuz ov edən şəxslər saxlanılıb

Azərbaycanda qanunsuz ov edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün İmişli rayon sakini Rüfət Qəmbərov və Bakı şəhər sakini Habil Şirinov saxlanılıb. R.Qəmbərovdan və H.Şirinovdan 2 ədəd tüfəng, 40 ədəd patron, 2 ov quşu götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 13-də Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün Sabirabad rayon sakini Ceyhun Təhməzov saxlanılıb. Ondan “İJ-58” və “TOZ-16” markalı tüfənglər, 2 ədəd giliz və 2 ov quşu götürülüb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir