Qarabağda fəaliyyət göstərən jurnalistləri n bir qrupu “QARABAĞ MEDİA ASSOSASİYASI”NI təsis ediblər. İctimai TV-nin və “Hərbi And” qəzetinin Qarabağ müxbiri Şöhrət Eyvazov qurumun sədri, Xəzər TV və Baku TV-nin Qarabağ müxbiri Şamxal Adıgözəlov isə sədr müavini seçilib.

“Əsas məqsəd bölgə jurnalistikasının inkişaf etdirilməsi, Qarabağda fəaliyyət göstərən media nümayəndələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və informasiya təhlükəsizliyinin qorunmasında koordinasiyası fəaliyyət göstərilməsi
və bölgə mediasının problemlərinin həllinə dəstək verilməsidir” – deyə, hərbi jurnalist Şöhrət Eyvazov bildirib.