Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb

Qırğızıstan və Özbəkistan sərhədindəki “Otukçu” keçid məntəqəsi müvəqqəti bağlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən “Apkan” sərhəd məntəqəsinə yönləndiriləcəklər.

Keçid məntəqəsi güclü su axınları nəticəsində “Otukçu” və “Tul” keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Check Also

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb. Bu …