Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb

Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gəlib və bu, liderlərin 2022-ci ildə ikinci təkbətək görüşü olub.

Qeyd edək ki, Rusiya dövlət başçısı iyunun 29-da Aşqabadda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək Xəzər sammitində iştirak edəcək.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …