Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rəisi və Mirziyoyev ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər

İran Prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammiti çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Danışıqlar zamanı prezident bəyan edib ki, İranın xarici siyasəti qonşu dövlətlərlə iqtisadi və siyasi əlaqələrin inkişafına yönəlib.

Rəisi İran və Özbəkistan arasında qarşılıqlı razılaşmaların icrası prosesindən məmnunluğunu ifadə edərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.

Özbəkistan Prezidenti Daşkəndlə Tehran arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, İran tərəfinə Özbəkistanda texnologiya evi açdığına görə təşəkkür edib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …