Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Rəsul Quliyevin 70 yaşı tamam oldu

Bu gün Azərbaycan parlamentinin sabiq sədri, tanınmış siyasi xadim Rəsul Quliyevin 70 yaşı tamam olur.

O, 20 ildən artıqdır ABŞ-da siyasi mühacirətdə yaşayır.

RASUL QULİYEVİN BİOQRAFİYASINDAN:

Rəsul Bayram oğlu Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Qazançı kəndində anadan olub.

1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olur.

Tələbəlik illərində ədəbiyyata bağlı olduğundan kiçik şerlər yazmağa başlayır. Müəllifi olduğu bir neçə şer o dövrün radio efirində tez-tez səsləndirilir.

İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir. Elə buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir. Komsomolun şəxsi vərəqəsində ona şiddətli töhmət vurulur və bir neçə günlük həbsdən sonra 3 ay oxuduğu instituta buraxılmır.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Elə həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda yenə də işçi olaraq əmək fəaliyyətini davam etdirir. Bacarığına, zəhmətkeşliyinə görə tez bir zamanda kollektivin rəğbətini qazanır. Buna görə də rəhbərlik tərəfindən 1972-ci ildə qurğu rəisi təyin edilir.

1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat seçilir. 1988-ci ildə SSRİ-də başlayan yenidənqurma və aşkarlıq siyasətinin ən aktiv müdafiəçilərindən olub.

1989-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir.

1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir.

1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışmışdır.

29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləmişdir.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

hqdefault

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.

16 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onun deputatının səlahiyyətlərini itirməsi haqqında Qərar qəbul etmişdir.

2003-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmamışdır.

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə vətənə qayıdarkən, Azərbaycan Beynəlxalq Hava Limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də, təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır. 2011-ci ildə Strasburq Beynəlxalq Məhkəməsi onun 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində qələbə qazanması barədə qərar qəbul edib.

“Neft və Siyasət”, “Demokratiyaya gedən yol”, “Mübarizəmizin məqsədi”, “Diktatorla üz-üzə”, “Axına qarşı”, “Həqiqətin qiyməti”, “Qarabağ: Müqavimətsizlikdən doğan faciə”, “Disidentin taleyi” adlı kitabların müəllifidir.

Ailəlidir. 3 övladı var.

 Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir