Cümə , 29 Mart 2024
Drone Cameras

Ərdoğan: “Bu adamı nə qudurdub? Əlbəttə, neft və pul…”

“Express” qəzeti yazır ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında son vaxtlar gərginlik yaşansa da, BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyanın göndərdiyi bir tvit Ankaranı hiddətləndirib.

Bu “Twitter” postunda bundan yüz il əvvəl baş vermiş bir tarixi hadisə xatırladılır və o zamankı Türkiyə – Osmanlı imperiyası Səudiyyə Ərəbistanındakı Mədinə şəhərindən oğurluq etməkdə ittiham edilirdi.

Təhqiramiz tvitdə deyilirdi: “Bilirdinizmi ki, 1916-cı ildə türk Fahreddin Paşa Mədinə xalqına qarşı cinayət törədərək onların mülkiyyətini oğurlayıb, bu mülkiyyəti qatarla Dəməşqdən İstanbula aparıb?” Sözügedən tvitdə ittihamların siyahısı davam etdirilir: “Həm də türklər Mahmudiyyə Kitabxanasındakı əlyazmaları İstanbula daşıyıblar. Ərdoğanın əcdadlarının tarixçəsi və onların müsəlman ərəblərin başına açdıqlarının tarixçəsi belədir”.

Lakin “Express” bunu da qeyd edir ki, əslində bu tvit Almaniyada yaşayan bir iraqlı kişi tərəfindən yazılıb, amma onu BƏƏ-nin xarici işlər naziri təkrar (retvit) yayımlayıb.

Məqalədə deyilir ki, bu hərəkət Türkiyə mediasının və prezident Rəcəb Tayyip Ərdoğanın qəzəbinə səbəb olub. Ərdoğan bu iddialara belə cavab verib: “Bir qudurğan adam alçaqlıq edərək bizim əcdadlarımızı oğurluqda ittiham edir. Bu adamı nə qudurdub? Əlbəttə, neft və pul”.

Virtualaz.org-un daha öncə xəbər verdiyi kimi, bundan sonra rəsmi Ankara bir az da uzaq gedərək, BƏƏ-nin Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə həmin Fahreddin paşanın adını verib.

Bu “Twitter” çarpışmasının qızışdığı əsnada BƏƏ-nin federal şura naziri Ənvər Qarqaş da mübahisəyə qoşulub, hərçənd mövzunu dəyişərək bir az da genişlənidirib. O, Türkiyəni rüsvay edəcəyi ilə hədələyib. Qarqaş yazıb: “Bu məsələyə təriqət mövqeyindən yanaşmaq qeyri-məqbuldur. Ərəb dünyası Tehran və ya Ankaradan idarə olunmayacaq”.

O yazdığı tvitdə bildirir: “Regionda yer alan geosiyasi rəqabət Ər-Riyad və Qahirə bel sütunu olmaqla güclü ərəb birliyini tələb edir”.

Bu arada Türkiyənin əleyhinə Dubay polis rəisinin müavini də tvit yazıb və Türkiyəni “şər” adlandırıb. O yazıb: “Ərdoğanın Türkiyəsi şər ölkəsidir”.

Türkiyə və BƏƏ arasında münasibətlər 6 il bundan əvvəl, 2011-ci ildə Ankara Yaxın Şərq boyunca yayılan Ərəb baharı inqilablarına dəstək bildirəndən başlanıb.

Bu münasibətlər 2016-cı ildə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun BƏƏ-ni iyul çevrilişini maliyyələşdirməkdə ittiham etməsindən bəri daha da gərginləşib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir