Şənbə , 17 Yanvar 2026
Drone Cameras

Ərdoğan “ən çox sevilən dünya lideri” seçildi

ABŞ-ın Vaşinqton İnstitutu tərəfindən Küveyt xalqı arasında aparılan sorğuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ən çox sevilən dünya lideri” titulunu qazanıb.

Küveyt qəzeti nəticələri “Küveytlilər Trampa əsəbiləşir, Ərdoğanı sevir” başlığı ilə gündəmə gətirib.

Xəbərdə küveytlilərin ABŞ prezidenti Donald Trampa verdiyi səsin 5% olduğu halda, Ərdoğanın 64% səs yığdığı bildirilib.

Boyukmillet.com bildirir ki, nəticələrə görə, xarici liderlər arasında Ərdoğandan sonra ikinci yer 49% səslə Çin prezidenti Şi Cinpingə nəsib olub.

Rusiya prezidenti Vladimir Putinin Trampla eyni səs yığması da diqqət çəkib.

Check Also

Qara dənizdə Qazaxıstan nefti ilə dolu tankerlərə dron hücumu olub

“Delta Harmony”, “Matilda” və “Delta Supreme” tankerləri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından 30 mil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir