Bazar , 3 Noyabr 2024
Drone Cameras

Referendum keçirən Bərzani Naxçıvana da göz dikdi – Rəsmi TV-də FOTOFAKT

Bərzani indi də Naxçıvana göz dikdi. Qondarma dövlətin rəsmi televiziyasında Naxçıvan “Kürdüstan” ərazisi kimi göstərilir.

 

Boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki, sentyabrın 25-də referenduma hazırlaşan İraqın şimalındakı kürd muxtariyyatının lideri Məsud Bərzaninin torpaq iddialarının sərhədi bitib tükənmir.

Tarixi Azərbaycan torpaqları olan Kərkük və Mosulun, Güney Azərbaycan torpaqlarının ardınca Bərzani indi də Naxçıvana göz dikib. Belə ki, Bərazninin rəsmi telekanalı olan Rudav TV-nin verilişlərində yayımlanan “Kürdüstan” xəritəsində Azərbaycan Respublikasının ərazisi olan Naxçıvan Muxtar Respublikası ərazisinin bir hissəsi xəyali dövlətin ərazisi kimi göstərilir.

Hesab edirik ki, Azərbaycanın müvafiq dövlət qurumları bu məsələyə ciddi reaksiya verməlidirlər.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir